Qulaqda zəng, uğultu, küy əsasən 60-70 yaşlı insanlar arasında yaşlanma və beyin qan dövranı pozulması ilə bağlı yaranır.
Lakin son zamanlar gənclər və orta yaşlı insanlar qulaqda getməyən küydən şikayətlənir.
"Medicina" xəbər verir ki, tinutis adlanan bu sindromu oyadan triggerlər müxtəlif ola bilər.
Ən birinci səbəb, insanın özünün xəbəri olmayan yüksək təzyiqdir. Bir neçə dəfə təzyiq yüksəlir, bu zaman başda küy əmələ gəlib keçir. Əgər qəfildən qulaqda küy, zəng kimi səs yarandısa, dərhal təzyiqi ölçün.
Çox zaman baş beyində damarların işinin pozulması nəbzvari tinnitusa səbəb olur. Onu hətta həkim də hiss edə bilir.
İkinci səbəb infeksiyalardır. Otit, qrip və koviddən sonrakı fəsadlar qulaq içi barabanın keçiriciliyini pozur.
Adətən qulağı antibiotiklərlə müalicə etdikdə səs də itir.
Digər daha çətin diaqnoz olunan səbəblər Menyer sindromu, fibromialgiya, nevroz, Laym xəstəliyi və s.-dir.
Əgər səbəb dəqiq məlum olmasa, müalicə effekt vermir. İlk növbədə LOR həkimə müraciət edilir, o qulaq və eşitməni yoxlayır.
Daha sonra isə nevroloq müalicə yazır.
Əgər həm başda, həm qulaqda küy varsa, xəstə başgicəllənmədən də şikayətlənirsə, bu təzyiq və qan damarları ilə bağlıdır.
Aygün Musayeva
Salam həkim mənim qulaqimda cox uqultulu səs var sanki basimda cay dasir.buda əsəbimə toxunur.bununcun nə etməliyəm
Salam mən 13.gündükü başımda olan qıjıltdan cox əziyət cəkirəm betaserk dərman qəbul etdim hec köməyi olmadı cox xaiş edirəm mənə malicə yazasınız əvvəlcədən təşəkül edirəm
Salam hekim menim qulagimda ses uğultu var Ürek doyuntusu kimi ilk novbede qulagimda problem var ele bildim ve lor hekime gösterdim qulagimda problem yoxdur dedi..2 ildir bu sesle yasiyiram basimdada ağrı irek bulanma Cox olur doze bilmirem uğultu birce boynumdan şah damarın üstünden basanda kesir ama ondada başıma qan getmir ele hiss edirem menim derdim nedir bilmirem
Qulagimda ve basimda ses var zeng sesi kimi .NEYRO SENSOR AGIR ESITME VAR DEYIRLER NE ETMELI
Kimse danisanda beyinimde ve qulagimda ses yaranir ve basa dusmekde cetiblik cekirem esidenmirem
Salam. Həkim qulaqda beyində küy var nədəndi nə edək
Başda səs
Başda səs
Qulaqda olan küylər