Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda geniş yayılan bağırsaq xərçənginin - 10 ƏLAMƏTİ

  • 2022.02.17 17:17
  • 2817 Baxış
Azərbaycanda geniş yayılan bağırsaq xərçənginin  - 10 ƏLAMƏTİ

Bağırsaq şişinin ilkin mərhələsi poliplərlə başlayır. Poliplər bağırsağın xoşxassəli törəməsidir, lakin sonradan bədxassəliyə çevrilə bilər.


Medicina.az Azərbaycanda son illər çox diaqnoz olunan bağırsaq xərçənginin yaranma səbəblərini təqdim edir:

-Genetik irsi amillər. Nənə-baba, valideynlərdə bağırsaq polip və şişləri varsa, uşaqlarda yaranma riski 50%-dən çoxdur

-Bağırsaqlarda illərlə davam edən kolit, Kron xəstəliyi, iltihabi proseslər

Bağırsaq onkologiyasının əlamətləri:

-Qarında yayılmış ağrılar

-İştahanın kəsilməsi

-Ət yeməkdən imtina

-Diareya və qəbizliyin uzun müddət davam etməsi

-Nəcisdə və anusda qan izləri

-Nəcisin qara rəng alması

-Hərarətin səbəbsiz yüksək olması

-Qanazlığı

-Bədəndə halsızlıq, başgicəllənmə



Müayinə üçün:

-Qastroenteroloq

-Duz bağırsaq yoxlanılır

-Kolonoskopiya – bütün bağırsaq sistemini yoxlamağa imkan verir

-Bağırsaq rentgeni

-KT vasitəsilə şişin yeri və figər orqanlara metastazını aydınlaşdırmaq olur

-Nəcis analizi

MEDİCİNA.AZ