Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda gənc qızın burnu dolğulardan çürüdü- Beyninə çirk yığılırdı

  • 2024.12.13 15:00
  • 223 Baxış
Azərbaycanda gənc qızın burnu dolğulardan çürüdü - Beyninə çirk yığılırdı

Azərbaycanlı bloqer Nuray təcili əməliyyat olunub. O, burnuna etdirdiyi kosmetik dolğulardan sonra qığırdağının çürüdüyünü bildirib.

"Medicina" xəbər verir ki, Nuray Muxtarova oxu.az.-a bunları deyib.


"Mən bir neçə dəfə tanıdığım və tanımadığım kosmetoloqlarda reklam qarşılığında burnuna dolğu etdirmişəm.

Mən heç bilmirdim ki, burnumda belə bir problem var. Boğazımda kista əmələ gəlmişdi, elə bilmişdim ki, zobdur. Həkimim dedi ki, "sənə təcili əməliyyat lazımdır, çünki sənin kanalın tıxanıb, sən nəfəs ala bilmirsən".

Əməliyyatda burnumu açanda şoka düşüblər. Burnumdan beynimə yeni kanal açılıb. Çirk beynimə yol edib. Burnumun qığırdağı çürüyüb. Hətta qabırğamdan qığırdaq götürüb burnuma qoymaq istəyiblər, anam icazə verməyib. Həkim 8 saat əməliyyat edib, iki dəfə narkoz almışam. Güclə təmizləyib, burnumu düzəldiblər, özümə gəlmişəm. Hazırda üzümdə şişkinliyim çoxdur. Baş ağrılarım olur.ölə bilərdim. Həkimim 2 saatlıq əməliyyatı 8 saata bitirib.

Hər kəsə demək istərdim ki, puldan ötrü hər kosmetoloqu reklam etməsinlər. Camaat yazıqdır. Gedərlər, zərər görərlər. Tanınan, bilinən, hansı ki, dövlət müəssisələrində işləyir, o həkimləri reklam etsinlər".