Azərbaycanda gənc kişilərin bir nömrəli sonsuzluq səbəbi – Dərmanla müalicə olunmayan Varikoseldən qurtulma yolları
Azərbaycanda gənc kişilərin bir nömrəli sonsuzluq səbəbi – Dərmanla müalicə olunmayan Varikoseldən qurtulma yolları
2018.06.29 15:58
20549 Baxış
Varikosel kişi sonsuzluğunun müasir dövrdə əsas səbəblərindən biridir. Sonsuzluq şikayəti ilə müraciət edən kişilərin 40%-da, ümumi populyasiyada 15-20 % arasında varikoselə rast gəlinir. Hərbi xidmətə gedənlərin 20%-də Varikosel görülür.
Varikosel xayalardan çirklənmiş qanı geri daşıyan damarların hədsiz genişlənməsi nəticəsində qanın geri axmasıdır. Nəticədə xayalarda qan dövranının pozulması, skrotal temperaturun artması və toksik maddələrin artması səbəbindən spermatogenezin pozulmasına (spermanın sayının, hərəkətliliyinin və morfologiyasının) və sonsuzluğa səbəb olur. Bəzən Varikosel olan xaya və xaya ətrafı nahiyədə ağrı olur.
Uşaqlarda və yeniyetmələrdə varikoselin olması xayaların inkişafını ləngidir nəticədə, spermatogenezi dayandırır. Varikoselnə qədər uzun müddət davam edərsə, mənfi təsiri də bir o qədər böyük olur, bunu nəzərə alaraq Varikoseldiaqnozu qoyulan zaman, mikroskopik əməliyyata göstəriş olan pasientlərin qısa zaman içərisində müalicə olunmaları tövsiyyə olunur.
Medicina.az-a açıqlama verən Azərbaycanın tanınmış uroloq-cərrahı Seymur Mehtiyev hər gün ən azı 3 nəfərə varikosel diaqnozu qoyduğunu bildirdi:
"Ölkəmizdə ailələrin əksəriyyəti daha gənc yaşlarda qurulduğundan varikoselin təsirinə məruz qalmadan 1 övlad sahibi olan, lakin uzun illər 2-ci uşaq sahibi ola bilməyən kişilərin 70%-də varikoselə rast gəlinir.
Varikosel əsasən xayalarda şişkinlik,ağrı və sonsuzluq şikayəti ilə müraciət edən pasientlərdə müayinə zamanı aşkar edilir. Varikosel olan xayanın atrofiyasına (həcminin azalmasına), qasıqda, aralıqda və xayalarda ağrıya səbəb olur, uzun müddət ayaqda durduqda, ağır işlər gördükdə ağrılar arta bilir.
Diaqnozu necə qoyulur?
Varikosel müayinə zamanı gözlə görülə, əllə hiss edilə bilir və ehtiyac olan hallarda doppler ultrasəs müayinə (reflüksün olması) ilə müəyyən olunur. Əsasən sol tərəfli, bəzən sağ tərəfli, az hallarda iki tərəfli olur.
Varikosel nə vaxt müalicə edilməlidir?
Varikosel müalicə edilə bilən bir patologiyadır. Spermaqrammada olan dəyişikliklər (sperma sayının, hərəkətliliyinin azalması və morfologiyasının pozulması) qeyd olunur, ən az 2 patoloji spermaqrammanın olması, infertil (sonsuzluq) şikayətinin olması, hormonlardakı dəyişikliklər, əsasən FSH (follikul stimullaşdırıcı hormon) və T (testosteron) – nun miqdarının dəyişməsinə fikir verilməlidir. Yüksəlmiş FSH zamanı varikoselin müalicəsi çox az effektli olur. Əllə müayinə edilən bütün varikosellər müalicə edilməməlidir. Söylənilən halların kompleks halda görüldüyü zaman Varikosel müalicə edilməlidir. Uşaqlar və yeniyetmələrdə isə Varikoselolan xayanın digərinə nisbətən 20% həcm itkisinin olması müalicəyə göstərişdir.
Varikoselin dərman müalicəsi yoxdur, yeganə müalicəsi cərrahi üsulladır. Bu günə qədər bir neçə cərrahi üsullardan istifadə edilmişdir, lakin son illərdə dünyanın qəbul etidiyi yalnız mikroskopik cərrahiyədir, mikroskopik əməliyyat 99% effektlidir. Varikosel mikrocərrahiyə təcrübəsi olan uroloq-androloq tərəfindən aparılmalıdır.
Qasıq nahiyəsində kiçik bir kəsiklə əməliyyata başlanılır, 8 dəfə böyütmə qabiliyyətinə malik mikroskop altında genişlənmiş damarlar bağlanılır. Əməliyyatdan sonra iki günlük istirahət və bir müddət cinsi əlaqədən qorunma kifayət edir. Əməliyyatdan 3 ay sonra ilk spermaqrammanın, 6 ay sonra 2-ci analizin verilməsi tövsiyyə olunur. Hamiləliklərin böyük əksəriyyəti əməliyyatdan 5-6 sonra baş verir.