Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda kişi kovid peyvəndindən sonra öldü - AÇIQLAMA

  • 2021.06.03 18:35
  • 4362 Baxış
Azərbaycanda kişi kovid peyvəndindən sonra öldü   - AÇIQLAMA

36 yaşlı Samir Məhərrəmov koronavirus peyvəndi vurulduqdan sonra may ayının 29-da vəfat edib.

Medicina.az xəbər verir ki, mərhumun dostları, yaxınları onun ölümünə peyvəndin səbəb olduğunu bildiriblər.

Samir Məhərrəmova mayın 27-də Çin istehsalı olan "CoronaVac" peyvəndinin birinci dozası vurulub.

Yaxınlarının iddiasına görə, peyvəndlənmədən sonra Samir Məhərrəmovun halı qəfil pisləşdikdən sonra ailə onu Nəsimi rayonundakı "Baku Medical Plaza"ya yerləşdirib.

Xəstəxanadan Lent.az-a verilən məlumata görə, Samir Məhərrəmovun ölümünə səbəb peyvənd olmayıb.

TƏBİB-dən verilən məlumata görə, Samir Məhərrəmovun ölümünün peyvəndlə əlaqəsinin olub-olmadığını sübut etmək üçün tibbi ekspertiza təyin olunmalı və araşdırılmalıdır:

"Bütün analizlər yoxlanılmalı, epiqriz əldə olunmalı və ölüm səbəbi təyin edilməlidir. Əks halda, bütün ölüm hallarını peyvəndlə əlaqələndirmək doğru deyil".