Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda gecə klub və barların fəaliyyəti dayandırılır - RƏSMİ

  • 2020.03.13 20:36
  • 2125 Baxış
Azərbaycanda  gecə klub və barların fəaliyyəti dayandırılır  - RƏSMİ

Sabahdan Azərbaycanda restoran və kafalerin iş rejimində dəyişiklik ediləcək.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir.

Medicina.az xəbər verir ki, Qərarla restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili də qadağan edilir və saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılır.

Bundan başqa, ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılır.

Qeyd edək ki, 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq olunacaq.