Azərbaycanda COVID-19-a yoluxma hallarının bölgələr üzrə statistikası açıqlanıb.
"BakuPost"un "koronavirusinfo.az"ya istinadla verdiyi məlumata görə. ölkə üzrə yoluxmanın 53,4% Bakının payına düşür.
Sonrakı yerlərdə 15,8%-lə Abşeron, 9,4%-lə Gəncə-Qazax, 7,8%-lə Aran, 6,1%-lə Lənkəran, 1,7%-lə Quba-Xaçmaz, 1,4%-lə Şəki-Zaqatala, 1,2%-lə Yuxarı Qarabağ, 1,4%-lə Dağlıq Şirvan, 0,03%-lə isə Naxçıvan Muxtar Respublikası qərarlaşıb.
Qeyd edək ki, bugünədək Azərbaycanda ümumilikdə 16 424 nəfər virusa yoluxub. Onlardan 9 026 nəfəri sağalıb, 198-i isə dünyasını dəyişib. Aktiv koronavirus xəstələrinin sayı 7 200 nəfər təşkil edir. Ümumilikdə isə 468 967 müayinə aparılıb.