Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda ən çox icra olunan cərrahi əməliyyatlar

  • 2020.04.15 15:25
  • 1404 Baxış
Azərbaycanda ən çox icra olunan cərrahi əməliyyatlar


İcbari tibbi sığortanın tətbiqindən sonra tibb müəssisələrinin cərrahiyyə fəaliyyətində artım müşahidə olunub. Belə ki, 2016-cı illə müqayisədə 2019-cu ildə həzm sistemi üzrə əməliyyatlar 70%, mama-ginekoloji əməliyyatlar 35%, oftalmoloji əməliyyatlar isə 1,9 dəfə artıb.

Medicina.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2019-cu il üzrə fəaliyyətinə dair hesabatında qeyd olunub.

Ötən il bütün cərrahi əməliyyatların 44%-ni həzm, 26%-ni mama-ginekoloji, 14%-ni isə digər əməliyyatlar təşkil edib.

Bununla yanaşı, ötən il Agentliyin tabeliyinə verilmiş tibb müəssisələrində ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsi mümkün olmadıqda özəl və təsərrüfat hesablı dövlət tibb müəssisələrinə göndəriş əsasında sığortaolunanlara 4955 müraciət üzrə ümumilikdə 15078 sayda tibbi xidmət göstərilib.

Göstərilən xidmətlərin bölgüsü 63,18% ürək-damar cərrahiyyəsi, 7,24% neyrocərrahiyyə, 1,07% travmatologiya, 7,75% urologiya, 13,69% oftalmologiya, 0,60% ginekologiya/doğuş, 2,15% ümumi cərrahiyyə və 4,32% digər sahələrdə olmaqla ümumi dəyəri 4093,16 min manat təşkil edib.