Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda əlində 6 barmağı olan uşaq əməliyyat olundu - FOTO

  • 2019.04.24 16:41
  • 9550 Baxış
Azərbaycanda əlində 6 barmağı olan uşaq əməliyyat olundu -  FOTO
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əlində 6 barmaq olan oğlan uşağı əməliyyat olunub. Tibbdə bu anomaliyanın adı polidaktiliyadır.

 

Medicina.az xəbər verir ki, əməliyyatı icra edən uşaq cərrahı Vüqar Məhəmmədovun sözlərinə görə, bu xəstəlik Azərbaycanda çox rast gəlinir, öz təcrübəsində ildə ən azı 10-12 belə uşaq əməliyyat olunur.

 

" Bu yaxında hər iki ayaqlarında da artıq barmağı olan uşaq əməliyyat etdik. Əlində əlavə funksiya göstərməyən barmaq olan uşağı isə 6 aylığında əməliyyata aldıq. Onda daha kəskin, sümük formalı xəstəlik idi. Belə xəstələrdə əməliyyat gecikdirilməməlidir"

 

Xəstəlik  ana bətnində keçirilmiş virus xəstəlikləri ilə bağlı inkişaf qüsurudur. Uşaq bu əlavə barmaqla böyüyə bilir. Amma böyüdükcə dedormasiya dərinləşir, ağrılar verir. Həm də uşaqda estetik qüsur kimi psixoloji diskomfort yaradır.

 


Azərbaycanda əlində 6 barmağı olan uşaq əməliyyat olundu -  FOTO