Bəzi Şərqi Avropa ölkələrində yoluxmanın artmasının səbəbi Omikron ştamı ilə əlaqələndirilir.
Medicina.az xəbər verir ki,, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.
"Omikron ştamının B1 və B2 növləri mövcuddur və B2 növünü daha sürətli yayılma qabiliyyətinə malikdir. Risk qrupuna daxil olan şəxslərin, yaşı 65-dən çox olanların, hamilə qadınların qorunması mütləqdir. Qapalı məkanlarda maskadan istifadə olunması önəmli faktordur.
Azərbaycanda əhalinin peyvəndlənmə göstəricisi 48%-dən yuxarıdır, lakin hədəfimiz bu göstəricinin 70 faizi ötməsidir. Son günlər ölkədə yoluxma və ölüm halında azalma müşahidə olunur, lakin unutmamalıyıq ki, pandemiya hələ də davam edir", - deyə H. Harmancı bildirib.
Handə xanım səfv edir Azərbaycan əhalisinin 100% peyvend olunub Cünki qalanlar 0-18 yaşa qədər uşaqlardır Bu deyesen yaxşı pul qazanıreee Serf elemir karantinin qurtarmaqi Bunun kimiler qorxu yaradmaqla milleti qirdi.