Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda əhalinin pulsuz tibbi müayinəsinə başlanılıb

  • 2019.03.09 14:04
  • 18124 Baxış
Azərbaycanda əhalinin pulsuz tibbi müayinəsinə başlanılıb
 

Fevral ayının 12-dən etibarən Azərbaycanda əhalinin tibbi müayinəsinə start verilib. 


Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin  əməkdaşı Səfayə Əhmədovanın Medicina.az-a bildirdiyinə görə, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə 12 fevral – 12 may tarixlərində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində əhalinin tibbi müayinələri keçiriləcək.


Artıq 5-ci ildir ki, Səhiyyə Nazirliyi tərəfindən ildə iki dəfə əhalinin tibbi müayinəsi keçirilir. Əhali arasında keçirilən profilaktik tibbi müayinələr patoloji halların, müxtəlif xəstəliklərin risk faktorlarının erkən aşkarlanması məqsədi daşıyır.


Tibbi müayinələr zamanı həkimlər tərəfindən profilaktik baxış keçirilir, sağlamlığa dair məlumatlar və xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı tövsiyələr verilir.


Xəstəliklər aşkar olunduğu halda pasiyentlər yerlərdə, zərurət yarandığı halda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunublar.


Xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.