Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ürəyi məhv edən yağ: Necə qurbana çevrildik?

  • 2021.02.22 15:53
  • 29196 Baxış
Ürəyi məhv edən yağ: Necə qurbana çevrildik?
“Transyağlar” sözünü hardasa eşitmisiz. Görməmisiz, çünki satışda üzərində “transyağ” yazısı olan yağ satılmır. Aldığınız qidaların, fast-fudun, bir çox ərzaq və şirniyyatların etiketində bu söz yazılmır.

Həkimlər bildirir ki, Azərbaycanda damar tıxanmaları gəncləşib, indi 40 yaşından sonra damarı açıq, normal insan tapmaq çətindir.

Gənc qadınlarda hamiləlik dövründə damarlar tutulur, varikoz, tromboz, gənc kişilərdə ayaqlarda, ürəkdə əsas damarların tutulması, infarkt, uşaqlarda qan pozulması, nevroloji xəstəlikər, ürək-damar problemləri – hamısı damar tıxanmasının nəticəsidir. Damarlar xolesterin, yağlı kirəclərlə daralır. Mütəxəssislər əhalidə kütləvi şəkildə damar tutulmasının səbəbini qidalanmada və yağlarda görür.

Bu yağların başında isə trans yağlar gəlir. Transyağ nədir, necə alınır, niyə təhlükəlidir.

Medicina.az bu transyağların təsiri barədə araşdırmanı təqdim edir:

Nədir transyağ?

Transyağ – süni yolla alınan modifikasiya olunmuş molekuldur, bu molekul marqarin və rafinə olunmuş yağların tərkibində olur. Hər bir tərkibində rafinə olunmuş yağ və marqarin olan qida məhsulunun içində bu molekul yaranır: hazır yeməklər, restoran qidaları, fast fud, yarımfabrikatlar, tortlar, konfetlər, şokoladlar, şirniyyatlar, xəmir məmulatları...

Hər şey insanlığın yağa tələbatının artması və qida sənayesinin bunu ucuz yolla ödəməsinin mümkün olmamasından sonra başladı. İşbazlar, sənaye nəhəngləri müasir, daha sərfəli, guya tərkibi yaxşılaşdırılmış bitki yağları istehsal etməyə başladılar, bu yağlar daha uzun müddət saxlanıla bilirdi.

Son olaraq trans yağlar – doymamış yağ növü icad edildi.

İlk belə yağın üzərində 1911-ci ildə işlər gedib. Belə yağ tərkibli ilk qidalar ABŞ bazarlarında aktiv satılırdı.

Müasir qida industiyası bütövlükdə trans yağların üzərində qurulub: o, ucuzdur, dadsızdır, qoxusuzdur, xarab olmur.

Dünya Səhiyyə Təşkilatı neçə illərdir bu yağların qida məhsullarının tərkibindən birdəfəlik çıxarılmasını tövsiyə edir, lakin heç bir qida nəhəngi buna məhəl qoymur.

Transyağları insan orqanizmi həll etmir, qan onu daşıya bilmir, qaraciyər tanımır, damarlarda çöküntü yaradır. Ona görə neçə kilometrlərlə uzanan və bütün orqanları qan və oksigenlə təmin edən arteriyalar, venalar, hətta kapilyarlar da transyağların əsirinə çevrilir.

Transyağların orqanizmə sübut olunmuş zərərləri:

- İmmuniteti zəiflədir

- Süd verən qadınlarda südü azaldır

- Kişilərdə testosterini zəiflədir

- Ürəyin işemik xəstəliyi, ateroskleroz, magistral damarları tutur

- Görməni zəiflədir

- Piylənmə, diabet

- Stresə davamlılığı azaldır

Süfrəmizdəki transyağlar

Məsələ təkcə marqarindən uzaq durmaqla bitmir. Bu siyahı çox uzundur və gündəlik qidamızda istər-istəməz var.

Siyahı ilə tanış olun:

- Keyfiyyətsiz, ucuz kərə yağı, buterbrod üçün yağlar, rafinə olunmuş bütün bitki yağları

- Ağ un məmulatları, ağ çörək

- Früterdə bişirilmiş bütün fast fud növləri, kartof-fri

- Südlü şokolad

- Dondurma

- Qaymaq

- Kremli desertlər

- Mağazada satılan bütün növ konditer məhsulları, şirniyyatlar

- Qəhvəyə qatılan quru qaymaq

- Kolbasa, sosis

- Quru şorbalar

- Dondurulmuş yarımfabrikarlar

- Mayones, ketçup, pendirli souslar

- İstənilən yağlı qida və ən yaxşı yağda hazırlanmış yemək mikrodalğalı sobada təkrar yüksək həddə qızdırılan kimi onun tərkibində transyağ əmələ gəlir. Dəfələrlə yeməyi isidib yemək buna görə zərərlidir.

Təhlükəli hədd

Deyirlər insan orqanizmi üçün bu təhlükə sutkada 3-4 qram transyağ qəbul etdikdə yaranır. Amma bu dəqiq deyil. Üstəlik kim bu həddi hesablayacaq? Kim dəqiq bilir ki, gün ərzində nə qədər transyağ yeyib?

Etiketdə çox zaman bu yağ bitki yağı, marqarin, kulinar yağlar, früiter yağı kimi yazılır. Eləcə də peçenye, sous, vafli, kreker və ya qutuda hər hansı şirniyyatın üzərində "hidroqenirizə olunmuş”, "qismən hidrogenizə olunmuş yağ” sözünü görsəniz bilin ki, söhbət elə transyağdan gedir.

Xilas olmaq mümkündürmü?

O halda ki, Dünya Səhiyyə Təşkilatı, qida təhlükəsizliyi intitutlarının çağırış etdiyi kimi ümumilikdə qida sənayesindən bu yağ çıxarılsın. Bu isə yaxın gələcəkdə baş tutmayacaq. O zaman gərək bütün ərzaq məhsullarının qiyməti qalxsın, istehsal düşsün, mağazalar boşalsın.

Həkimlər bildirir ki, bir insan əgər transyağdan imtina edib, tamamilə qəbul etməsə, onun orqanizmində olan bu yağ qalıqları 3 ilə təmizlənəcək. Bəs siz bu qədər ərzaqdan imtina etməyə hazırsızmı?

Özünüzə qadağa qoyun:

- Küçədə früterdə, bir qabda dağ edilmiş yağda saatlarla bişən ponçik, peraşki, şirniyyat, xəmir məmulatı, kartof fri, fast-fud yeməyəcəksiz;

- Dondurulmuş qidalardan, asan hazırlanan tənbəl malı yarımfabrikatları almayacaqsız;

- Ucuz yağ, mayonez, ketçupdan imtina;

- Yalnız təmiz süddən və yağdan hazırlanmış məhsullar axtaracaqsız.

Ac qalmaq səni bəlkə də öldürməyəcək, ucuz və çox yemək sonunu gətirir

“Bəs nə yeyək, maaşım, gəlirim buna çatır: uşaqlarım ac qalsın?” deyirsiz. Bəlkə də haqlısız. Amma siz bu ucuz transyağlardan, marqarinlərdən, süni əlavələrdən hazırlanmış bir market zənbili ərzağı aldıqca, bu qatil qida sənayesi maqnatları o qədər böyüyür, varlanır.

Biz onlara zibil kimi lazımsız qidaya görə milyardlar qazandırırıq. Belə qidalara xərclənən pullarınız havaya sovrulmuşdur.

Bəlkə də siz aylarla yağ yeməyib hər gün cəmi 10 qram təmiz kərə yağı, quyruq, zeytun yağı yeməklə ölməyəcəksiz, əksinə sağlam, uzun ömür yaşayacaqsız, nəinki hər gün dolu süfrədə oturub, transyağla hazırlanmış qidaları yeməklə.