Azərbaycanda əhalinin 2017-ci ildə daha çox hansı xəstəlikdən əziyyət çəkdiyi açıqlanıb.
Medicina.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, həmin xəstəliklərin statistikası aşağıdakı kimidir:
Ötən il 1 875 652 nəfərdə xəstəlik qeydə alınıb.
REKLAM
facebook.com
Daha ətraflı
Native Video by Adributor
Bəzi infeksion və parazitar xəstəliklər - 124 457 nəfər
Yenitörəmələr - 12 082 nəfər
Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozuntular - 67 779 nəfər
Endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları - 47 476 nəfər
Psixi pozuntular və davranış pozuntuları - 10 281 nəfər
Sinir sistemi xəstəlikləri - 72 306 nəfər
Azərbaycanda ölüm hallarının rəsmi statistikası açıqlandı
Göz və gözün əlavə aparatının xəstəlikləri - 69 261 nəfər
Qulağın və məməyəbənzər çıxıntının xəstəliyi - 46 188 nəfər
Qan dövranı sisteminin xəstəlikləri - 143 182 nəfər
Tənəffüs orqanlarının xəstəlikləri - 735 922 nəfər
Həzm sisteminin xəstəlikləri - 160 801 nəfər
Dəri və dərialtı toxumanın xəstəlikləri - 43 020 nəfər
Sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri - 29 486 nəfər
Sidik-cinsiyyət sisteminin xəstəlikləri - 107 333 nəfər
Hamiləlik, doğuş və zahılıq - 64 670 nəfər
Perinatal dövrdə meydana çıxan xüsusi hallar - 8 387 nəfər
Anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntuları - 3 665 nəfər
Digər rubrikalarda təsnif olunmayan klinik və laborator tədqiqatlar zamanı aşkar edilən simptomlar, nişanələr və normadan kənara çıxma halları - 10 884 nəfər
Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri - 118 472 nəfər
Xəstəlikdən ölüm hallarına, əsasən, qan dövranı sisteminin xəstəlikləri, yenitörəmələr, həzm sisteminin, tənəffüs orqanlarının xəstəlikləri səbəb olur.
Ölümün səviyyəsi gözlənilən ömür uzunluğu göstəricisinə görə, ötən il doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 75,2 yaş, o cümlədən oğlanlar üçün – 72,8 yaş, qızlar üçün isə – 77,6 yaş olub.