Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda duz ikiqat çox istifadə olunur" - ÜST rəsmisi

  • 2019.12.19 15:25
  • 2614 Baxış
Azərbaycanda duz ikiqat çox istifadə olunur" -  ÜST rəsmisi

''Azərbaycan qeyri-infeksion xəstəliklərə səbəb olan problemləri araşdırır, bu da sevindiricidir. Buna görə Azərbaycan Avropa regionunda müstəsna ölkələrdən biridir''.

Medicina.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qeyri-infeksiyon xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Avropa Ofisinin rəhbəri Joao Breda ''Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları'' mövzusunda II Milli Konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tövsiyə olunan normaya görə, gün ərzində 5 qram duz qəbul edilməlidir:

"Hesablamalarımıza görə, Azərbaycan gündəlik duz istehlakı 10 qramdan yüksəkdir''.

J.Bredanın sözlərinə görə, Azərbaycan dünyada meyvə-tərəvəzlə zəngin olan əsas ölkələrdən biridir: ''Amma Azərbaycanda insanların meyvə-tərəvəz qəbulu səviyyəsi çox aşağıdır. Bu, sizi narahat etməlidir. Çünki meyvə-tərəvəz insanları xərçəngdən, piylənmədən və ürək- damar xəstəliklərindən qoruyur''.