Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda doğulan uşaqların sayında kəskin azalma - Parlamentdə məsələ qaldırıldı

  • 2018.11.14 13:58
  • 7429 Baxış
Azərbaycanda doğulan uşaqların sayında kəskin azalma -  Parlamentdə məsələ qaldırıldı
"2011-ci ildə ölkədə 176 mindən artıq uşaq doğulubsa, 2017-ci ildə bu rəqəm 144 min 41-ə enib”.


Medicina.az xəbər verir ki, bu fikirləri Milli Məclisdəki çıxışında Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. Komitə sədri bildirib ki, bu ilin göstəriciləri də narahatlıq doğurur: "Bu ilin ilk 9 ayının göstəricisi 103 min olub. Bu bölümə maliyyə vəsaitinin artmaması bizi narahat edir”.


H.Rəcəbli 2019-cu ilin büdcəsində doğuma görə birdəfəlik müavinətin və 3 yaşınadək uşaqlara verilən müavinətin artırılmasını istəyib.

Medicina.az