Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda doğulan körpələrdən göbək qanı niyə yığılmır?– Ağır xəstəliklərdən xilas metodu Kriobankla bağlı ARAŞDIRMA

  • 2018.10.25 16:07
  • 18483 Baxış
Azərbaycanda doğulan körpələrdən göbək qanı niyə yığılmır?–  Ağır xəstəliklərdən xilas metodu Kriobankla bağlı ARAŞDIRMA

ÖLKƏMİZDƏ GÖBƏK CİFTİNDƏN QAN GÖTÜRÜLMƏSİ XİDMƏTİ YOXDUR; GƏLƏCƏKDƏ UŞAĞI AĞIR XƏSTƏLİKDƏN VƏ DONOR QITLIĞINDAN XİLAS EDƏCƏK KREOBANK


İnsan doğularkən ağır xəstəliklərin dərmanı onun göbək ciyəsində olurmuş. Hazırda dünyanın əksər  ölkələrində hamilə qadınlara uşaq doğularkən göbək ciftindən qan götürülüb, saxlanması xidməti təklif olunur. Və çox qadınlar da buna razı olur. Bu qan sadəcə simvolik xatirə deyil, uşağın gələcəyi, sağlamlığı üçün qiymətli materialdır.

 

Medicina.az dünyada uzun illərdir olan Kreobank mövzusunu araşdırıb. 

 

Göbək ciyəsi qanı nə üçün vacibdir?


Göbək ciyəsi qanında bioloji aktiv kök hüceyrələr var, onlar gələcəkdə uşağa kök hüceyrə terapiyası, transplantasiya, ilik nəqli lazım olanda istifadə edilir. Yəni uşağın öz kök hüceyrəsi donor rolunu oynayır, başqa uyğun donor tapmağa gərək olmur. 


Qan, valideynlərin rəsmi müqaviləsi və ödənişi ilə xüsusi Kreobankda saxlanılır.  Digər bir ümumi təmənnasız donorluq bankı da olur ki, valideyn istəyərsə övladının göbək qanını ora verir, heç bir ödəniş etmir, amma bu materialdan donorluq üçün digər insanlara da istifadə olunur. Uyğun kök hüceyrənin tapılması olduqca çətindir. Birəbir eyni antigen sistem olmalıdır, yoxsa xəstədə əks reaksiya verə bilər. 


Avropa ölkələrində, qonşu Türkiyə və Rusiyada belə banklar var. Bun bankların əhatəsi getdikcə genişlənir. Çünki gələcəyin əməliyyatları, müalicəsi kök hüceyrə üzərində olacaq. 


Rusiyada, MDB dövlətlərində ümumi kök hüceyrə bankı çox zəifdir, ona görə xəstələr xaricdə donor axtarmağa məcburdur. 

Azərbaycanda isə ümumiyyətlə, Kriobank yoxdur. Buna görə də, əgər xəstəyə xaricdə əməliyyat, kök hüceyrə nəqli əməliyyatı lazım olarsa, onlar xaricə müraciət edib, aylarla gözləməli olur. Üstəlik donor hüceyrənin qiyməti 20 - 25.000 dollardır. 

Bu baxımdan ən yaxşı, ucuz yol uşağın öz göbək qanını bankda saxlamaqdır. 


Kriobank və Kriomərkəzlərdə saxlanılan qanın yığılması ilə perinatal mərkəz və neonatoloqlar məşğul olur. 


Göbək ciyəsi qanından ailənin digər üzvlərinə də istifadə oluna bilər. Avropada nəvənin kök hüceyrəsi ilə xilas olan nənə, baba, ata, ana barədə tibbi faktlar var. Ailədə bir uşaq xəstədirsə, bacı, qardaşının göbək qanından istifadə edilə bilər. 


Göbək qanı hansı xəstəliklərdə lazım olur:


-İnsanda öz şəxsi qan göstəriciləri pozulanda – leykozlar, immun xəstəlikləri, qan xərçəngi, anemiya

-Hazırda bir çox sinir, dayaq əməliyyatları, bir çox orqan xəstəlikləri, müalicəsi olmayan əməliyyatlar, xüsusən qəzalardan sonra onurğası sınan insanlarda kök hüceyrə ilə müalicə aparılır


Xüsusən göbək qanının toplanması genetikasında, ailədə ağır qan xəstəlikləri olan ailələrə lazımdır. 


Yaxın gələcəkdə kök hüceyrələrdən aşağıdakı ağır xəstəliklərin müalicəsində istifadə olunacaq:


-Ürək xəstəlikləri, infarkt

-Mədə-bağırsaq xoraları, Kron

-Böyrək çatışmazlığı

-Sirroz

-Ağciyər xəstəlikləri

-Parkinson, neyroblastoma

-Diabet

-Skleroz

-Sümük-oynaq defektləri

-Bir çox qan xəstəlikləri, autoimmun xəstəliklər, xərçəng


Göbək qanı necə götürülür və saxlanılır? 


Doğuş zamanı akuşer göbəyi düyünləyir. Anada qalan hissədən steril qaydada qan götürülür, xüsusi konteynerə qoyulur. Təxminən 80-90 milliqram qan götürülür. Daha sonra göbək tam kəsilir, uşaq anadan ayrılır. 


Prosedura ağrısız, zərərsizdir. Onu həmçinin qeysəriyyə əməliyyatlarında götürmək olur. 


Qan banka 1 sutkadan gec olmayaraq çatdırılmalıdır. Orda qan işlənilir, ayrılır, kök hüceyrə konsentrantı alınır. Daha sonra hüceyrələr dondurulur və uzun illər yaşaması üçün lazım olan bütün texniki qaydalar icra olunur. 


Sonra hüceyrələr maye azotla dolu konteynerdə dərin torpaq altında yerləşən xüsusi otaqda yerləşdirilir. Bu bank hətta elektrik kəsiləndə də işləməlidir. Bu şəraitdə hüceyrələr azı 20 il qala bilir. 


Qan sənəddə uşaq yetkinlik yaşına çatana kimi onun valideyninin və ya qəyyumunun adında olur. Daha sonra uşaq böyüyüb, o qanın tam müstəqil sahibi olur. 


Göbək qanı saxlanması neçəyə başa gəlir?


Hüceyrələrin yığılması, işlənməsi və dondurulması Avropa ölkələrində təxminən 2000-2500 avrodur. Daha sonra illik 100-120 dollar saxlanma ödənişi olunur. Məbləğ ölkədən, dövlət və ya özəl bankda saxlanmasından asılı olaraq dəyişir və müqavilədə qeyd olunur. Bütün bu yüksək məbləğləri hesabladıqda belə gələcəkdə donordan kök hüceyrə alınmasından qat-qat ucuz başa gəlir. 

 



Real faktlar


Dünya səhiyyəsində kök hüceyrə, göbək qanı ilə xilas olan pasiyentlər çoxdur. Məsələn, 6 yaşlı Kinsi Morrison kəskin  leykozdan bacısının göbək qanından alınmış kök hüceyrə sayəsində sağalıb. Halbuki valideynləri Kins üçün bütün dünyada mövcud 9 milyonluq potensial donor içində münasib kök hüceyrə tapa bilməmişdilər.  


Avropada ilk kök hüceyrə tətbiq olunan əməliyyat 1988-ci ildə Parisdə anemiyalı uşaqda tətbiq olunub. Uşaq ölümdən dönüb, indiyə kimi də sağlam yaşayır. 

Bu vaxta kimi kök hüceyrələrdən istifadə olunmaqla 2500 insana transplantasiya olunub. 

 

 

Bioloji sığorta 


Belə demək olar ki, öz doğma, anadangəlmə təmiz kök hüceyrələrinin saxlanması uşağın bioloji sığortasıdır. Ehtiyatda olan hüceyrələr hər an lazım ola bilər. Hazırda kök hüceyrə köçürülməsi üçün növbədə olan insanların 50%-i hüceyrəsinə uyğun material tapa bilmir, illərlə ümidlə gözləyir. Çox  vaxt ailələr bir övladın xilası üçün yenidən bir uşaq da dünyaya gətirir ki, bəlkə kök hüceyrəsi uyğun gələ. Amma bu da 100% zəmanətli deyil, çox zaman uyğunluq olmur. Vaxtında uşağın öz hüceyrəsi yığılsaydı, bu qədər əziyyətlər çəkilməzdi. 


Hər bir insanın həyatda yalnız bir dəfə öz şəfaverici hüceyrələrini toplamaq şansı olur, o da anadan doğulanda. Təəssüf ki, körpə öz həyatı üçün qərar verə bilmir, burda cavabdehlik valideynlərin üzərindədir. Ağıllı valideyn təbii ki, buna razı olacaq və müqaviləni imzalayacaq.


Azərbaycan Kriobankı gözləsinmi?


Hazırda Kriobankların sayı Avropa və Amerikada 50-ə çatıb. Rusiyada 3-4 belə bank var. Azərbaycanda isə biri də yoxdur. Halbuki Azərbaycan qan xəstəlikləri, anemiya, talassemiya üzrə riskli ölkələr sırasında hesab oluna bilər. 


Qiymətlərin 2000-3000 avro olması statistik amerikalı və avropalı üçün elə də yüksək məbləğ deyil. Amma bu əlbəttə ki, az məbləğ də deyil. Bəlkə elə bu səbəbdəndir ki, Azərbaycanda hələ də kriobank nədir bilmirlər və bu vaxta kimi heç bir azərbaycanlı körpədən göbək qanı götürülmək nəsib olmayıb. Götürsələr də onu saxlayacaq qurum, bank yoxdur.


Bəlkə də belə bir imkan olsa, ən azı imkanlı təbəqə göbək qanı yığəlmasına razı olar.  Üstəlik həmin materialdan digər xəstələr üçün də qarşılıqlı razılıq ilə istifadə oluna bilər. 


Mövzu ilə bağlı sorğu keçirdiyimiz tibbi qrupda bir neçə Azərbaycan pediatrı bu metodun Azərbaycanın gələcək nəslinin sağlamlığı və bir çox xəstəliklərdə xilası üçün son dərəcə lazımlı metod olduğunu bildirib, ölkəmizdə də tətbiq olunmasının vacibliyini deyiblər. 


Məsələ ilə bağlı Medicina.az saytı Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynovun fikirlərini öyrənib. 


O, ölkəmizdə heç vaxt kriobank olmadığını və yaxın gələcəkdə bunun yaradılmasının real olmadığını bildirib: "Azərbaycan üçün kriobank hələ lazımi tələbatda deyil və bu çox bahalı xidmətdir”. 

 


 


Aygün Musayeva

Medicina.az


Azərbaycanda doğulan körpələrdən göbək qanı niyə yığılmır?–  Ağır xəstəliklərdən xilas metodu Kriobankla bağlı ARAŞDIRMA
Azərbaycanda doğulan körpələrdən göbək qanı niyə yığılmır?–  Ağır xəstəliklərdən xilas metodu Kriobankla bağlı ARAŞDIRMA
Azərbaycanda doğulan körpələrdən göbək qanı niyə yığılmır?–  Ağır xəstəliklərdən xilas metodu Kriobankla bağlı ARAŞDIRMA
Azərbaycanda doğulan körpələrdən göbək qanı niyə yığılmır?–  Ağır xəstəliklərdən xilas metodu Kriobankla bağlı ARAŞDIRMA