Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda donuz qripi varmı?

  • 2022.12.08 16:09
  • 1661 Baxış
Azərbaycanda donuz qripi varmı?

Donuz qripi ənənəvi qripin A variantının bir formasıdır və hər il rast gəlinən mövsümü bir xəstəlikdir. Son günlərdə Rusiyada bu qripə yoluxanların artdığı müşahidə olunur. Eyni zamanda bəzi şərq ölkələrində quş qripinə rast gəlinib.

"Medicina" publika.az-a istinadən xəbər verir ki, bu sözləri infeksionist-hepatoloq Mərdan Əliyev deyib. Həkim qeyd edib ki, donuz qripi insanlara donuzlardan keçib.


"Rusiyada donuz ətinə üstünlük verilir. Donuzun saxlanılması, kəsilməsi, yeyilməsi prosesində xəstəlik insanlara yoluxa bilir. Bu, onunla əlaqəlidir. Bizdə isə donuz əti çox yeyilmədiyi üçün xəstəliyin yayılması ehtimalı azdır. Təbii ki, tədbirlər görülməli və bu virusla bağlı müəyyən araşdırmalar aparılmalıdır. Hansı heyvanlarda olduğu aşkarlanmalı və nəzarətdə saxlanmalıdır.

Düşünürəm ki, donuz qripi ilə bağlı bizi hər hansı təhlükə gözləməsə də, quşların köçü ilə əlaqədar xəstəliyin yayılması ehtimalı ola bilər. Bunun qarşısını alınmaq üçün müəyyən epidemik tədbirlər görülməlidir", - həkim yekunda əlavə edib.