Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda doğulan üçəm və dördəmlərin sayı

  • 2024.02.14 16:15
  • 746 Baxış
Azərbaycanda doğulan  üçəm və dördəmlərin sayı

2023-cü ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 112 620 doğulan körpə qeydə alınıb və 2022-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,2-dən 11,1-ə düşüb.


"Medicina" xəbər verir ki, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz təşkil edib. Doğulanlardan 3410-u əkiz, 147-si üçəm, 4-ü isə dördəm olub.