Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda diş müalicəsi nə vaxt pulsuz olacaq?

  • 2022.12.21 16:09
  • 3094 Baxış
Azərbaycanda diş müalicəsi nə vaxt pulsuz olacaq?


“Hazırda İcbari Tibbi Sığortanın tibbi xidmətlər zərfində ambulator xidmətlər çərçivəsində stomatoloji xidmətlər öz əksini tapmayıb”.

"Medicina" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi ekspertizanın texniki qaydaları şöbəsinin müdiri Səbinə Quliyeva deyib.

Onun sözlərinə görə, gələcəkdə ambulator xidmətlər sırasına stomatoloji xidmətlərin daxil edilməsi planlaşdırılır:

“Bəzi xidmətlər var ki, kateqoriya olaraq xidmətlər zərfinə daxil deyil. Dünya praktikasında da ilk mərhələlərdə bütün xidmətlər zərfə salınmır. Planımızda ambulator dərman təchizatının da xidmətlər zərfinə salınması var. Xidmətlər zərfinə orqan transplantasiyası, süni mayalanma və s. xidmətlərin də salınması təklif edilir. Amma bu, hələ ki, xidmətlər zərfi çərçivəsində qarşılanmır. Qeyd etmək istəyirəm ki, Dövlət Proqramı çərçivəsində vətəndaşlar o xidmətlərdən dövlət büdcəsi hesabına yararlanır”.