Yeni Klinikada “Diabet və ağırlaşmaları” adlı konfrans keçirilib.
"Medicina" xəbər verir ki, direktor Barat Yusubov “Azərbaycan Endokrinoloqlar Cəmiyyəti”nin qeydiyyatdan keçdiyini elan edərək cəmiyyətin sədri Xəyyam Eyvazovu həkimlərə təqdim edib.
Barat Yusubov ölkəmizdə də diabet xəstələrinin sayının son 10 ildə 3 dəfə artdığını bildirərək, hazırda rəsmi qeydiyyatdan keçən şəxslərin 300 mini keçdiyini qeyd edib.
Daha sonra direktor “Diabet və ağırlaşmaları” kimi konfransların bu xəstəliyə multidisiplinar yanaşmanın təmin edilməsində mühüm rol oynadığını vurğulayaraq tədbirin işinə uğurlar arzulayıb.
Aygün Musayeva