Dərman vasitəsi ölkəyə idxal olunan zaman Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) mütəxəssislərinin iştirakı ilə idxal olunan dərman vasitəsinin hər bir seriyasından müvafiq laborator yoxlamaların aparılması üçün nümunələr götürülür.
Medicina.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, mərkəzin mütəxəssisləri tərəfindən təqdim edilmiş nümunələrin qablaşması, içlik vərəqəsi yoxlanılır, yoxlanıldıqdan sonra nümunələr AEM-də yaradılan Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasına təhvil verilir.
"Laboratoriyada təqdim edilən dərman vasitələri nümunələrinin tərkibi və digər keyfiyyət parametrləri istehsalçı tərəfindən təqdim edilən normativ sənədlərə əsasən yoxlanılır. Ölkədə istehsal olunan dərman vasitələrinin hər seriyasının nümunəsi də dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasında yoxlanılır. Müvafiq laborator yoxlamalar aparıldıqdan sonra dərman vasitəsinə sertifikat verilir.
Farmakonəzarət sistemi - dərman vasitələrinin effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlərin və digər arzuolunmaz nəticələrin aşkarlanması, qiymətləndirilməsi və qarşısının alınması sahəsində görülən tədbirlərin məcmusunu müəyyənləşdirir", - deyə məlumatda qeyd olunub.
Məzmun və şərh doğru və heç mümkün də deyillər! Suallarınız?
Ölkəyə gətirilən dərmanlar hakimiyyətin adamı tərəfindən idarə olunur və heç bir nəzarət yoxdur.İndi apteklərdən aldığımız dərmanların keyfiyyəti yoxdur və müalicəyə kömək etmir.Dərman biznesi piramida şəklində qurulub."Azərsun" vasitəsi ilə xəstəlik törədiciləri orqanizmimizə ötürülür,xəstəliyin yaranması nəticəsində dərmana olan tələbat artır.30 ildən çoxdur ki,şəkər xəstələrinə yararsız,xarici ölkələrdə istifadədən çıxarılmış dərmanlar verilir.Dərmana nəzarət apteklərin qarşısında quraşdırılmış beynəlxalq nəzarət nişanları əsasında,yaxud da poliklinikalarda fəaliyyət göstərən əyani təhlillər formasında olmalıdır.Ən əsası isə dərman biznesi monopoliyadan azad olunmalıdır.