Bu ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara istehlakçılar tərəfindən 445,3 mln. manat xərclənib.
Medicina.az xəbər verir ki, bu, 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 25,8% və ya 91,4 mln. manat çoxdur.
Bu ilin aprel göstəricisi ilə müqayisədə may satışlarının həcmi 37,6% və ya 28,6 mln. manat artaraq 104,6 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin ilk beş ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,5%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub ki, bu da ötən ilin eyni göstəricisindən 0,2 faiz bəndi çoxdur.