Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda dərman gətirilməsi qaydaları dəyişdiriləcək

  • 2023.01.25 14:55
  • 2132 Baxış
Azərbaycanda dərman gətirilməsi qaydaları  dəyişdiriləcək


Dərman vasitələri haqqında müvafiq qurumlar tərəfindən yeni sənəd hazırlanır.


"Medicina" AZERTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.


O qeyd edib ki, Baş nazir Əli Əsədov sənədin hazırlanmasında Səhiyyə komitəsinin mütəxəsislərindən də cəlb olunmasını tapşırıb.


“Biz bir neçə görüş keçirmişik. Ölkəyə dərman gətirilərkən gömrükdə müəyyən problemlər olur. Onunla bağlı və daha başqa bir görüşümüz. Sənəd hələ hazırlanma mərhələsindədir”, - deyə Ə.Əmiraslanov bildirib.

Qeyd edək ki, dərman vasitələri haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ölkəmizə dərman vasitələrinin idxalını əsasən istehsal və topdansatış əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələr həyata keçirirlər.