Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda dərman böhranı: problemin səbəbkarı tapılmır - VİDEO

  • 2022.12.20 15:37
  • 2175 Baxış
Azərbaycanda dərman böhranı: problemin səbəbkarı tapılmır  - VİDEO

Azərbaycan 2 il yaxındır ki, ciddi dərman problemi ilə üz-üzədir.

Səbəblər, səbəbkarlar hələ də tapılmır. Pandemiya dövründən qəhətə çəkilən dərmanların siyahısı Ukraynadakı müharibədən sonra daha da artdı.

Müxtəlif xəstəliklər üzrə lazımi dərmanlar aylarla tapılmır, xəstələr haradansa 5 manatlıq dərmanı 40 manata alır, ya da xaricdən,Türkiyədən gələnlərlə xahiş-minnətlə alır.

Bakupost.az xəbər verir ki, İTV-nin Sabaha saxlamayaq verilişində növbəti dəfə problem qabardılıb.

Tok şouda Bakupost.az və Medicina.az saytının təsisçisi, jurnalist Elçin Zahiroğlu, həkim radioloq Aydın Əliyev, İqtisadiyyat Nazirliyinin Əczaçılıq və ekpertiza şöbəsinin müdiri Mətin Bədəlov, Gömrük komitəsinin şöbə rəisi Elçin Rüstəmov, Dərman idxal edən şirkətlərlə işçi qrupunun rəhbəri Qurbanəli Əliyev, Əzcaçılar klubu İB-nin Şövqi Bünyadov iştirak edib.



Azərbaycanın strateji sahəsində problemlər nə vaxta kimi davam edəcək?

Maraqlısı odur ki, ölkədə satışa icazəsi olan 13490 adda dərmandan cəmi 3500 adda dərman satış dövriyyəsindədir.
Eyni zamanda Türkiyədə, Gürcüstanda dərmanların ucuz, Azərbaycanda baha olmasının səbəbləri araşdırılıb.
Daha ətraflı videoda: