Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda dəm qazından zəhərlənmələr çoxalıb- Toksikoloq dəhşətli rəqəmlər AÇIQLADI

  • 2020.03.03 17:06
  • 1550 Baxış
Azərbaycanda dəm qazından zəhərlənmələr çoxalıb-  Toksikoloq dəhşətli rəqəmlər AÇIQLADI

“Təkcə Fevral ayında 270 nəfər dəm qazından zəhərlənib”.

Medicina.az xəbər verir ki, 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov məlumat verib.

2020-ci ilin yanvar ayı ilə müqayisədə fevral ayında dəm qazından zəhərlənmə diaqnozu ilə 270 nəfər müraciət edib:

“Fevral ayında dəm qazından zəhərlənmə ilə müraciət edən şəxslərdən 50 nəfər toksikoloji şöbəyə qəbul olunub. Onların 12 nəfəri azyaşlı olub. Yanvar ayı ilə müqayisədə bu ay dəm qazından zəhərlənmə halları artıb. Belə ki, yanvar ayında dəm qazı ilə zəhərlənmədən müraciət edən 105 nəfərdən 36-sı toksikoloji şöbəyə qəbul olunub. Zəhərlənmələrin əksəriyyəti isə təəssüf ki, hamam otaqlarında qeydə alınıb”.

Həkimin sözlərinə görə, dəm qazı ilə müqayisədə dərman zəhərlənmələri, sirkə turşusu, allergik reaksiyalarla bağlı müraciətlərdə artım yoxdur.