Azərbaycanda özəl klinikaların birində daun sindromlu usagı böyrək ləyəninin daralması dianqozu ilə 3 dəfə əməliyyat ediblər.
İlk dəfə böyrəklərində genişlənmə diaqnozu ilə 1 yaşında pieloplastika əməliyyatı olunub. Sonra genişlənmə davam etdiyindən sidik axarının sidik kisəsinə keçən yerində daralma diaqnozu qoyulub və yenidən 2 yaşında əməliyyat olunub.
Lakin böyrəkdə genişlənmə davam edib. Həmin həkim müayinə edərək görüb ki, bu dəfə sidik sidik kisəsindən geri böyrəyə qaçır. Ailənin narazı olduğunu görəndə isə səbəb gətiriblər ki, daun olduğuna görə əzələ zəiflyi var, ona görə bu normal haldır. Antibiotik müalicə təyin etmədən evə buraxıblar. 4 il ərzində uşaqda davamlı infeksiya nəticəsində böyrəyin funksiyası 25%-ə düşüb.
Hazırda 6 yaşı olan uşağın vəziyyətinin yaxşı olmadığını görən valideynlər xəstəni uşaq uroloqu cərrah Fuad Hüseynovun müayinəsinə gətiriblər:
Həkim bildirir ki, uşaqda icra olunan əməliyyatlar uğursuz olub. Böyrəyin işləmə funksiyası norma sayılan 50%-dən 25%-ə kimi düşüb. Böyrəklərdə genişlənmə artıb, sidik mütəmadi geriyə qaçır. Ona görə yenidən əməliyyat qaçılmaz idi. Dəfələrlə əməliyyat olunduğu üçün bu dəfəki əməliyyat çox böyük texniki çətinliklərlə icra olunub.
Hazırda uşağın vəziyyəti normaldır və həkim nəzarətindədir.