Koronavirusa yoluxduğu müəyyən edilmiş daha 3 Azərbaycan vətəndaşı müalicə olunaraq sağalıb və evə buraxılıblar.
Medicina.az xəbər verir ki, bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilıb.
Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb. Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirirlir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.