Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 119 yeni yoluxma

  • 2020.09.17 17:11
  • 7050 Baxış
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü:  119 yeni yoluxma

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 119 yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.


COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7601, ötən müddət ərzində isə ümumilikdə 1 035 286 test aparılıb.