Şirvanda 12 yaşlı uşaq qızılca sonrası ağırlaşmadan ölüb.
"Medicina" xəbər verir ki, 2011-ci il təvəllüdlü Ömər Kürdoğlu oğlu Şahbazzadə bir müddət əvvəl qızılcaya yoluxub.
Evdə müalicə alan 12 yaşlı Ömərin müalicəsinin düzgün aparılmaması uşaqda ağırlaşmaya səbəb olub.
O, bu gün saat 16 radələrində ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib və süni nəfəs aparatına qoşulub.
Bakı şəhərindən ixtisaslı həkim dəvət olunub.
Qızılcadan vəziyyəti ağırlaşan uşaqda kəskin pnevmoniya, infeksion toksiki şok vəziyyət olub.
Bütün yardımlara baxmayaraq, o xəstəxanada keçinib.
Medicina.az