Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda daha bir uşaq qızılcadan öldü

  • 2024.02.08 12:25
  • 708 Baxış
Azərbaycanda daha bir uşaq  qızılcadan öldü
Astara rayonunda azyaşlı uşaq qızılcadan ölüb.

Medicina.az Report-a istinadla bildirir ki, hadisə rayonunun Maşxan kəndində baş verib.

Belə ki, kənd sakini - 2018-ci il təvəllüdlü Y.Ağamir oğlu Əliyevdə 4 gün əvvəl qızdırma olub. Valideynləri onu xəstəxanaya aparıb və müalicə təyin edilib. Buna baxmayaraq, uşağın hərarəti enməyib, əksinə, vəziyyəti daha da pisləşib. Dünən isə təcili yardım xidməti ilə uşaq yenidən xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.