Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin Ortopedik Stomatologiya şöbəsinin I kurs tələbəsi İsmayılova Səbinə Ramin qızı vəfat edib.
"Medicina" xəbər verir ki, gənc qız evdə dəm qazından boğulub.
Kollecin rəhbərliyi, müəllim və tələbə heyəti tələbənin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.