Azərbaycanda daha bir məktəbdə dərslər COVID-19-a görə dayandırılıb. Oğuz rayonunun Bayan kənd tam orta məktəbi bu gündən distant təhsilə keçib.
Medicina.az xəbər verir ki, məktəbin 5 müəllimi və 21 şagirdində koronavirus aşkarlanıb. Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov APA-nın yerli bürosuna bildirib ki, bu səbəbdən dərslər oktyabrın 22-dən iki həftə müddətində onlayın formada keçiriləcək.