Azərbaycanda daha bir məhkum həbsxanada ölüb.
Lent.az-ın məlumatına görə, hadisə Penitensiar Xidmətin Bakıda yerləşən cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. Burada saxlanılan Abdullayev Rəşad Fazil oğlu dünyasını dəyişib.
Onun xəstəlik səbəbilə öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.