Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həkim-kardioloqu Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib.
"Medicina" xəbər verir ki, rayon üzrə tanınmış həkimin 65 yaşı var idi.
Fikrət Sadıqzadə 1976-1982-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində Müalicə profilaktikası fakültəsində təhsil almışdı. 2019-cu ildən Şirvan ŞMX-nın Terapiya şöbəsinin kardioloqu kimi fəaliyyət göstərirdi.