Azərbaycanda daha 76 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Medicina.az xəbər verir ki, Operativ Qərargahdan verilən məlumata görə, 28 nəfər sağalaraq evə yazılıb.
Bu günə vəfat edən yoxdur.
Hazırkı dövrədək ölkəmizdə 2060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1508 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib, 526 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 164.481 test aparılıb.