Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda daha 62 nəfər koronavirusdan sağaldı - RƏSMİ

  • 2020.04.14 16:49
  • 2677 Baxış
Azərbaycanda daha 62 nəfər koronavirusdan sağaldı  - RƏSMİ


Azərbaycanda daha 62 nəfər müalicə olunaraq koronavirusdan sağalıb və evə buraxılıb.

Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet və ürəyin işemik xəstəliyi olan 1933-cü il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1197 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 351 nəfəri müalicə olunaraq sağalıb, 13 nəfər vəfat edib, 833 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 28 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.