Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda daha 6 nəfərdə koronavirus aşkarlandı

  • 2020.03.17 21:10
  • 3609 Baxış
Azərbaycanda daha 6 nəfərdə    koronavirus aşkarlandı
Azərbaycan Respublikasında 6 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə Medicina.az Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargaha istinadla xəbər verir.


Məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir.

"Hazırda Azərbaycanda 27 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq", - deyə məlumatda qeyd olunur.