Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda daha 6 841 nəfər COVID-19-a yoluxdu

  • 2022.02.13 18:50
  • 1309 Baxış
Azərbaycanda daha 6 841 nəfər COVID-19-a yoluxdu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 841 yeni yoluxma faktı qeydə alınıb, 6 772 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 745 169 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 686 088 nəfər müalicə olunaraq sağalıb, 9 050 nəfər vəfat edib. 50 031 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 387, bu günə qədər isə ümumilikdə 6 390 225 test icra olunub.