“Bu gün Azərbaycanda 56 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O qeyd edib ki, 53 sağalma var:
“Fevralın 28-dən Azərbaycanda ilk koronavirus qeydə alınan vaxtdan aprelin 12-dək bir dövrə nəzər salsaq, hazırda neqativ tendensiya dövrünü başa vurduğumuz qeyd edə bilərik”.