Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda daha 509 nəfər COVID-19-a yoluxdu - STATİSTİKA

  • 2020.10.16 15:36
  • 2583 Baxış
Azərbaycanda daha 509 nəfər COVID-19-a yoluxdu -  STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 509 yeni yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az-a verilən məlumata görə, bu gün COVID-19-dan 2 ölüm faktı qeydə alınıb.

Hazırkı dövrədək ölkəmizdə 43 min 789 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 800 nəfər müalicə olunaraq sağalıb, 621 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 368 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 209 min 802 test aparılıb. Bugünkü test sayı isə 7 878-dir.