Azərbaycanda 230 nəfərin yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 2 nəfər isə vəfat edib.
Xəstəxanalarda müalicə alan 103 nəfər sağalaraq evə buraxılıb.
Bu barədə Operativ qərargahın bu günkü brifinqində məlumat verilib.
Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1948 və 1950-ci il təvəllüdlü iki nəfər vəfat edib.
Hazırkı dövrədək ölkədə 4989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3125 nəfər müalicə olunaraq sağalıb, 58 nəfər vəfat edib, 1806 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 67 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.