Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda daha 104 nəfərdə koronavirus aşkarlandı- 1 nəfər ölüb

  • 2020.05.12 18:19
  • 2370 Baxış
Azərbaycanda daha 104 nəfərdə koronavirus aşkarlandı - 1 nəfər ölüb

Azərbaycan Respublikasında 104 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Medicina.az xəbər verir ki, Nazirlər Kabineti Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertoniya və şəkərli diabet xəstəliyi olan 1943-cü il təvəllüdlü vətəndaş vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 2693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1735 nəfər müalicə olunaraq sağalmış, 33 nəfər vəfat etmiş, 925 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 202.282 test aparılmışdır