Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda COVID-19 pasportu olmadığına görə neçə nəfər Cəzalandırılıb?

  • 2021.09.09 15:51
  • 1165 Baxış
Azərbaycanda COVID-19 pasportu olmadığına görə neçə nəfər    Cəzalandırılıb?

Sentyabrın 1-dən Azərbaycanda ictimai iaşə müəssisələrində, iri ticarət mərkəzlərində və mehmanxaların qapalı məkanlarında göstərilən xidmətlərdən istifadə COVID-19 pasportu, immunitet sertifkatı əsasında təşkil olunur.

Mövcud vəziyyət, aparılan monitorinqlərlə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sentyabr ayının 1-dən bu günə qədər aşkarlanan hüquq pozuntuları sırasında respublika üzrə 21 ictimai iaşə obyektində (restoran, kafe, çay evi) 20 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq edilib:

“Onların sırasında inzibati həbs və cinayət işi yoxdur, yalnız bir fakt üzrə araşdırma aparılır.

Aparılan təhlillər və monitorinq nəticələri göstərir ki, müəyyən olunan qayda və tələblərə ictimai iaşə müəssisələrində, iri ticarət mərkəzlərində və mehmanxanalarda ciddi əməl olunur. Bu qaydalara əməl edən, işinə və fəaliyyətinə məsuliyyətlə yanaşan fiziki, hüquqi və vəzifəli şəxslərə minnətdarlıq edirik”.