Salyan rayonunda camış sağıcı qadını öldürüb.
Bakupost xəbər verir ki, “Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə rayonun Dayıkənd kəndindəki təsərrüfatda baş verib.
Kənd sakini, 1961-ci il təvəllüdlü Göyçə Nəzərova camışı sağarkən iribuynuzlu heyvan təpiklə onu vurub. Ağır xəsarət alan qadın vəfat edib.
Faktla bağlı araşdırma aparılır.