Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda burun əməliyyatında ilkə imza atıldı – CƏRRAH YAZIR

  • 2017.07.11 14:15
  • 16466 Baxış
Azərbaycanda burun əməliyyatında ilkə imza atıldı –  CƏRRAH YAZIR
Burun estetikasında yeni dövr… "Burun beli yonma" tarixə qovuşur



 

                                                                                                                                           Cavid İsmayılov


Letdown rinoplasti, Elastik rinoplasti,piezo rinoplasti


Burun estetik əməliyyatları günü-gündən inkişaf etməkdədir. Yeni cihazlar, yeni alətlər, yeni üsulların məqsədi daha az müdaxilə və daha təbii burunlara çatmaqdır. Əməliyyatlarımızı daha az kəsiklər, zərbə, qırma işləmi olmadan, mikro alətlər ilə, incə saplarla qığırdaq və sümüklərə forma verərək icra edirik. Burun estetik əməliyyatı iki metod ilə icra edilir: qapalı və açıq. Bizim mövzumuz və tərcihimiz qapalı rinoplastidən yanadır.


Niyə qapalı rinoplasti?


Burun estetik əməliyyatına qərar verən hər bir pasiyenti maraqlandıran və düşündürən suallardan biri də burun ucundakı kəsik və o kəsik izinin qalıcılığıdır. Qapalı rinoplastidə belə bir dərdiniz yoxdur artıq. Belə ki burun ucunda heç bir kəsik olmadan əməliyyat icra olunur. Digər üstünlük əməliyyat sonrası burundakı şişlərin daha erkən çəkilməsi, normal həyata daha erkən qayıdılabilinməsidir. Digər ən böyük üstünlük burun hərəkətliliyini və elastikliyini təmin edən, Pitanguy ligament adı verilən bağın qorunmasıdır. Bununla da «daş burun»’dan xilas olmuş olursunuz


Sümük qırma deyil, sümük kəsmə?..


Rinoplastinin yaralı olduğu, pasyientlərin qorxduğu vacib məqamlardan biri də çəkic, iskənə, sümük qırma işləmi idi. Piezo rinoplastidə qırma, zərbə, çəkic iskənə kimi alətlər yoxdur artıq. Ultrasonic_Piezo cihazı - sümükləri səs dalğaları ilə kəsib, formalaşdıran bir cihazdır. Çəkic iskənə metodu bütün cərrahların sevmədiyi və istifadəsi zamanı kontrolsuz, travmatik bir metod idi. Pieozo rinoplastinin üstünlükləri sümükləri istədiyimiz yerdən, istədiyimiz formada kontrollu şəkildə kəsmə, toxumaları və qan damarları zədələməmə və buna bağlı olaraq göyərmə və şişkinliklərin az olmasıdır.


Elastik bir burun


Əməliyyatlarımızı qapalı olaraq icra etdiyimizdən, subperixondral və subperiostal disseksiya dediyimiz burun qığırdaqlarının və sümüklərinin ən incə qatının və burun əzələ və bağlarını qoruyaraq icra etdiyimizdən burun, əməliyyatdan sonra əməliyyatsız burunlar kimi  hərəkətli və elastik olur. Hərəkətsiz burunlar həm gülüş zamanı həm mimiki hərəkətlər zamanı diskonfort yaradır. Buruna toxuna bilməmə kimi şikayətlər aradan qalxmış olur


Letdown rinoplasti nədir və nə kimi üstünlüklərə malikdir?


Qafqaz bölgəsinə sahib olduğumuz üçün insanlarımızın burunlarındakı ən böyük problem burun belində olan donqardır. Daha öncələri bu donqarı müxtəlif alətlər ilə sümüyü yonaraq, qığırdaq hissəni kəsib xaric edərək hündürlüyü aradan qaldırmış olurduq. Yalnız bu burun belini yonma kəsmə işləminin gətirdiyi problemlər də qaçılmaz olurdu. Burun belində çökmələr,nahamarlıqlar tərs «V» dediyimiz burun beli görünümü biz cərrahları və pasiyentlərimizi narahat edirdi.Letdown texnikasında isə burun belində yonma və kəsmə işləminə son qoyduq. Burun belindəki anatomini və təbiiliyi qorumaq adına,daha gözəl işıq effektləri almaq məqsədi ilə burun belində yonma və kəsmə etmədən, donqarlığın aşağı hissəsindən bir parça çıxararaq donqarlığı aşağıya endirmiş oluruq. Azərbaycanda ilk olaraq tərəfimizdən icra olundu və nəticələri həm pasiyentlərimizi həm də bizi sevindirdi. Sevindirici hal budur ki, letdown rinoplastinin ilk edildiyi ölkələr arasında Azərbaycanda yer aldı…

Azərbaycanda burun əməliyyatında ilkə imza atıldı –  CƏRRAH YAZIR