Azərbaycanda 2025-ci ilin ilk aylarında qız uşaqlarına ən çox Nilay, oğlan uşaqlarına isə Uğur adı verilib.
"Medicina" xəbər verir ki, 2025-ci il yanvarın 1-dən indiyədək 137 oğlana Uğur, 91 qıza isə Nilay adı qoyulub.
Siyahıda oğlanlar arasında ikinci sırada Hüseyn (87), üçüncü sırada Yusif (86), dördüncü sırada Əli (76), beşinci sırada isə Raul (70) adları yer alır.
Qızlar arasında isə ikinci sırada Məryəm (87), üçüncü sırada Zəhra (81), dördüncü sırada Aylin (80), beşinci sırada isə Melisa (78) adları qeyd edilib.
Qeyd edək ki, ötən il oğlan uşaqlarına ən çox Uğur (1 832), qız uşaqlarına isə ən çox Zeynəb (1 261) adı qoyulub.