Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda bu günə yoluxma - Neçə nəfər ölüb?

  • 2021.11.02 18:40
  • 1936 Baxış
Azərbaycanda bu günə yoluxma -  Neçə nəfər ölüb?
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 178 yeni yoluxma faktı qeydə alınıb, 2 010 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.


İndiyədək ölkədə ümumilikdə 534 748 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 497 363 nəfər müalicə olunaraq sağalıb, 7 132 nəfər vəfat edib, aktiv xəstə sayı 30 253 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 889, ötən müddət ərzində isə ümumilikdə 5 214 586 test aparılıb.