Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 792 067 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 040 nəfər müalicə olunaraq sağalıb, 9 698 nəfər vəfat edib, aktiv xəstə sayı 329 nəfərdir.
Ölkədə son sutka ərzində 2 106, hazırkı dövrədək isə 6 716 463 test aparılıb.