Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda bu günə yoluxma

  • 2022.12.06 17:49
  • 2914 Baxış
Azərbaycanda bu günə yoluxma


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.


Azərbaycanda indiyədək ümumilikdə 824 574 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 298 nəfər müalicə olunaraq sağalıb, 9 984 nəfər vəfat edib, aktiv xəstə sayı 292 nəfərdir.

Ölkədə son sutka ərzində 2 662, hazırkı dövrədək isə 7 385 915 test aparılıb.