Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 41 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 823 064 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 806 nəfər müalicə olunaraq sağalıb, 9 941 nəfər vəfat edib, aktiv xəstə sayı 317 nəfərdir.
Ölkədə son sutka ərzində 2 104, hazırkı dövrədək isə 7 311 644 test aparılıb.